manera.az
manera.az

ARS SPOR şirkəti diaspor fəaliyyətinə görə “Təşəkkürnamə” aldı - Foto

ARS SPOR şirkəti diaspor fəaliyyətinə görə “Təşəkkürnamə” aldı - Foto
Xəbər verdiyimiz kimi, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bu il Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Manera.az xəbər verir ki təltif olunanlar arasında ARS SPOR şirkəti də olub. Şirkət rəhbərliyi ictimai-siyasi xidmətlərinə, habelə Vətən savaşı dövründə diaspor quruculuğu işində göstərdiyi fəallığına görə, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnaməni ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulova Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.

Elşən Rəsulov göstərilən etimad və diqqətə görə təşəkkür edib: - ARS SPOR şirkəti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımızı bildiririk!

Qeyd edək ki, Elşən Rəsulovun rəhbəri olduğu ARS SPOR şirkəti Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olur. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, qolf və digər idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edib.

Şirkət istər COVID-19 pandemiyası günlərində, istərsə də, 44 günlük II Qarabağ müharibəsi zamanı müxtəlif yardım aksiyalarına qoşularaq maliyə yardımları ayırmış, bununla da şirkət olaraq Azərbaycan vətəndaşlarının hər zaman yanında olduqlarını nümayiş etdirmişlər

Manera.az

ARS SPOR şirkəti diaspor fəaliyyətinə görə “Təşəkkürnamə” aldı - FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930