manera.az
manera.az

Ankarada "Abay İli"nin açılışı oldu - Fotolar

Ankarada "Abay İli"nin açılışı oldu - Fotolar
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada görkəmli qazax şair və mütəfəkkiri “Abay Kunanbayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.

Manera.az xəbər verir ki, “TRT Arı” studiyasında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən TÜRKSOY-un Baş katib Düsen Kaseinov, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Yeldost Ramazanov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu şair Abayı yeni milli qazax bədii ədəbiyyatının yaradıcısı kimi səciyyələndiriblər.

Qeyd edilib ki, onun şeirləri ilə yanaşı, Qazax xalqına nəsiyyətlərinin əks olunduğu əsərlərdə xalqın maariflənməsi, mənəvi dəyərlərin qorunması, həyat tərzi, təhsil, dinə münasibət kimi mövzulara toxunulur. Abayın yaradıcılığı xalqın övladlarının kamil insan kimi yetişməsi amalına xidmət edir.

Sonra böyük mütəfəkkirin 175 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Türkiyə Prezident Administrasiyasının simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Azərbaycan, Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yerini (Moldova) təmsil edən görkəmli sənətçilər çıxış ediblər.

Ankarada "Abay İli"nin açılışı oldu - Fotolar
Ankarada "Abay İli"nin açılışı oldu - Fotolar
Ankarada "Abay İli"nin açılışı oldu - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031