manera.az
manera.az

Bu rayonda müasir kitab mərkəzi yaradılır - İlk dəfə

📅 13.10.2023 14:58

Bu rayonda müasir kitab mərkəzi yaradılır - İlk dəfə
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Mədəniyyət nazirliyinin dəstəyi ilə Sabirabad rayonunda “Hophopnamə” kitab mərkəzi fəaliyyətə başlayacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə Mədəniyyət İdarəsinin feysbuk səhifəsində paylaşım edilib.

Belə ki, bölgədə ilk dəfə yaradılacaq müasir kitab mərkəzində ölkənin müxtəlif nəşriyyatlarının stendləri yaradılacaq, onların nəşr etdiyi və sakinlərin böyük maraqla gözlədiyi yeni kitablar kitabsevərlərə təqdim ediləcək.

Müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış mədəniyyət adamları ilə oxu günləri təşkil ediləcək.

Regionda yaşayan hər kəsin faydalana biləcəyi bu kitab mərkəzində, həmçinin əhalinin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Bədii-estetik zövqünüzü oxşayacaq çoxfunksiyalı müasir kitab mərkəzində göstərilən mədəni xidmətlərin keyfiyyətindən məmnun qalacağınıza əminik./kulis.az/

Bu rayonda müasir kitab mərkəzi yaradılır - İlk dəfə
Bu rayonda müasir kitab mərkəzi yaradılır - İlk dəfə


Baxış sayı - 367 | Yüklənmə tarixi: 13.10.2023 14:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930