manera.az
manera.az

Gənc yazıçımızın əsəri nüfuzlu mükafatın qısa siyahısına düşdü

Gənc yazıçımızın əsəri  nüfuzlu mükafatın qısa siyahısına düşdü
Azərbaycanlı yazıçı Şamxal Həsənov bu il Fransada nəşr edilmiş əsəri nüfuzlu roman mükafatlarından olan "Prix européen roman d'amour" (Avropa Sevgi Romanı Mükafatı) müsabiqəsinin qısa siyahısına düşüb.

MANERA.AZ xəbər verir ki, Avropa Şurasına daxil olan ölkələrdən (46) müsabiqəyə qatılan onlarla əsər arasından qısa siyahıya düşmüş yeddi roman arasında "Səs və ya Qırmızı" romanı da var.

Qısa siyahıda İrlandiya, İspaniya, Fransa, İtaliya, İsveçrə, Ukrayna kimi ölkələrlə yanaşı Azərbaycan da var. Azərbaycan ədəbiyyatını yazıçı Şamxal Həsənovun "Səs və ya Qırmızı" romanı təmsil edir.

Xatırladaq ki, roman üç il əvvəl Qanun nəşriyyatında Azərbaycan dilində çap olunub./kulis.az/

Gənc yazıçımızın əsəri  nüfuzlu mükafatın qısa siyahısına düşdü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI