manera.az
manera.az

Şəhid leytenant haqqında sənədli roman işıq üzü görüb

📅 13.08.2023 06:27

Şəhid leytenant haqqında sənədli roman işıq üzü görüb
Bu günlərdə yazıçı İradə Aytelin “Leytenant Məcidov” adlı sənədli romanı işıq üzü görüb.

Kitabda 44 günlük zəfər tariximizin Şəhidi Aqil Məcidovun şərəfli döyüş yollarından söz açılır.

MANERA.AZ xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru Bəyanət Qasımov, ön söz müəllifi və maddi dəstəkçisi Çingiz Abbasovdur.

Xatırladaq ki, “Leytenant Məcidov” müəllifin sayca 11-ci kitabıdır.

Yazıçının bundan əvvəl “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızılgül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr), “Bağışla” (şeirlər), “Seyfəli şəhidləri” (oçerklər) kitabları işıq üzü görmüşdür. /kultur.az/

Şəhid leytenant haqqında sənədli roman işıq üzü görüb


Baxış sayı - 625 | Yüklənmə tarixi: 13.08.2023 06:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930