manera.az
manera.az

“Cavad və Şükriyyə” dastanının ikinci nəşri işıq üzü görüb

📅 11.10.2022 15:16

“Cavad və Şükriyyə” dastanının ikinci nəşri işıq üzü görüb
“Cavad və Şükriyyə” dastanının ikinci nəşri işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, araşdırmaçı, müəllif Sevinc Ədalətqızının 2016-2017-ci illərdə mənzum dastan və ya dramatik poema şəklində qələmə aldığı bu bədii əsərdə 1937-ci il repressiyasının qurbanı, azadlıq aşiqi, şair Əhməd Cavad və onun vəfalı ömür-gün yoldaşı Şükriyyə xanımın bir-birinə olan dərin, ilahi, saf məhəbbətindən bəhs edilir.

Kitabın ilk nəşri 2017-ci ildə Əhməd Cavadın anadan olmasının 125-ci ildönümü münasibətilə işıq üzü görüb.

Qeyd edək ki, “Cavad və Şükriyyə dastanı” istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu, Şəhadətinin 85-ci ildönümü münasibətilə eyni məzmunda, lakin yeni versiyada (kitabın üz qabığının dizaynı fərqli formatda) təkrar nəşr edilib.

Tədqiqatçı, publisist Sevinc Ədalətqızının Əhməd Cavadın 130 illik yubileyi münasibətilə nəşr etdirdiyi sayca 2-ci, eyni zamanda Cavadşünaslığa töhfə verdiyi 6-cı kitabıdır.

Kitabın redaktoru professor, Əməkdar İncəsənət xadimi Rafiq Sadıqovdur.

Xatırladaq ki, Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı mövcuddur.


Baxış sayı - 878 | Yüklənmə tarixi: 11.10.2022 15:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031