manera.az
manera.az

Mədəniyyət naziri Pantomima Teatrında olub

📅 10.07.2023 10:27

Mədəniyyət naziri Pantomima Teatrında olub
Mədəniyyət naziri Adil Kərimli və nazirliyin bir qrup əməkdaşı Azərbaycan Dövlət Pantomima Teatrında olub.

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, nümayəndə heyətinə teatrın tarixi, fəaliyyəti, yaradıcılıq nailiyyətləri, o cümlədən beynəlxalq festivallarda Azərbaycan teatr sənətini uğurla təmsil etməsi barədə məlumat verilib.

Nazir Dövlət Pantomima Teatrının binası, kollektivin yaradıcılıq şəraiti, truppası və repertuarı ilə tanış olub.

Sonra nazirliyin kollektivi teatrın repertuarından iki nümunəyə tamaşa edib.

Teatrın artistlərinin ifasında Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Pantomim buketi” və Bəhruz Əhmədlinin quruluşunda A.Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “6+1 palata” tamaşaları nümayiş olunub.

Hər iki səhnə əsəri maraqla qarşılanıb. Nazir Pantomima Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Mədəniyyət naziri Pantomima Teatrında olub
Mədəniyyət naziri Pantomima Teatrında olub


Baxış sayı - 299 | Yüklənmə tarixi: 10.07.2023 10:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031