manera.az
manera.az

Nazirlik rəsmiləri Pantomima Teatrının kollektivi ilə görüşüb

📅 15.12.2021 16:55

Nazirlik rəsmiləri Pantomima Teatrının kollektivi ilə görüşüb
Dekabrın 14-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və teatr sektorunun müdiri Könül Cəfərova Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi ilə görüşüb.

Mədəniyyət Nazirliyindən MANERA.AZ-a bildirilib ki, görüşdə teatrın repertuarı, yaradıcı mühit, kollektivin pandemiya və postpandemiya dövründəki fəaliyyəti müzakirə olunub, teatrın binasına baxış keçirilib.

Nazirin birinci müavini E.Əliyev teatrın texniki təchizat problemləri və binanın vəziyyəti ilə yerində tanış olub.

Nazirlik rəsmiləri Pantomima Teatrının milli teatr prosesindəki rolundan danışıb, onun əhəmiyyətini qeyd ediblər.

Yaradıcılıq fəaliyyətini qiymətləndirərək kollektivə uğurlar arzulanıb, bundan sonra da kollektivə zəruri dəstəyin göstəriləcəyi vurğulanıb.

Nazirlik rəsmiləri Pantomima Teatrının kollektivi ilə görüşüb
Nazirlik rəsmiləri Pantomima Teatrının kollektivi ilə görüşüb


Baxış sayı - 619 | Yüklənmə tarixi: 15.12.2021 16:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031