manera.az
manera.az

Sertifikasiyada 51-dən çox bal toplayan müəllimlərə yeni vəzifə verilə bilər

📅 06.07.2023 12:13

Sertifikasiyada 51-dən çox bal toplayan müəllimlərə yeni vəzifə verilə bilər
Məktəblərimizdə metodist yoxdur, 51 bal həddini keçən müəllimlər bizim üçün həm də gələcək metodistlərdir.

MANERA.AZ xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev deyib:

"Müəllimlərin, məsələn, 49 bal toplayanla 30 bal toplayanı arasında elə də böyük fərq qoyulmamağının səbəbi odur ki, sertifikasiyadan keçən müəllimlər iki qrupa bölünür: sadəcə keçən və yüksək nəticə toplayan. 30 bal toplayan da keçmiş sayılır, 49 bal toplayan da. 51 həddini keçən isə yüksək nəticə toplayan kateqoriyasına aiddir".

"Yüksək bal toplayan müəllimlər gələcəkdə metodist ola bilərlər. Hazırda məktəblərdə metodist sahəsi üzrə çatışmazlıqlar var. Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Hazırda məsələ ilə əlaqədar işlər aparılır”, - deyə nazir vurğulayıb.


Baxış sayı - 685 | Yüklənmə tarixi: 06.07.2023 12:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930