Jurnalistlər Aksarayda bir araya gəldilər- Fotolar

MANERA.AZ |20.06.2023 Türkiyənin TİGAD dərnəyinin (red.: Türkiyə İnternet Jurnalistləri Dərnəyi) təşkilatçılığı, Aksaray İcra Hakimiyyətinin dəstəyi və Aksaray Universitetinin ev sahibliyində 16-19 iyun 2023-cü il tarixləri arasında Aksarayda jurnalistlər üçün geniş proqram həyata keçirilib.
Proqrama Türkiyənin müxtəlif şəhərlərindən jurnalistlər, TİGAD təmsilçiləri, Universitet əməkdaşları, rəsmi şəxslər, qeyri-hökümət təşkilatının nümayəndələri, jurnalistika fakültələrindən olan tələbələr qatılıblar. Proqram çərçivəsində əvvəlcə “Yeni Nəsil Jurnalistika” mövzusunda konfrans həyata keçirilib. Konfransda çıxış edən TİGAD başqanı Okan Geçgel, ADU Jurnalistika Fakültəsinin dekanı Dos. Dr. Səlahəddin Çavuş, jurnalistlər Bedia Teymur, Latif Şimşek, Meryem Nas, Mustafa Biçer, Üstün Tuncer, Uğur Eskier çıxış edərək internet jurnalistikasına dair fikirlərini paylaşıblar.
Çıxış edənlər ənənəvi jurnalistika ilə rəqəmsal jurnalistika arasındakı fərqlərə toxunaraq, hazırda süni intellektlə dəstəklənən alqoritmlərin xəbər yayımlarını ciddi şəkildə təsir etdiyinə diqqət çəkiblər.
Konfransda rəqəmsal jurnalistikda gedən hazırki inkişafın sürətinə dair müzakirələr olub, jurnalistlərin bu dəyişikliyə ayaq uydurmalarının vacibliyi ifadə edilib.
Daha sonra Aksarayın tarixi, kültür məkanlarına ziyarət başlayıb.
Qonaqlar Aksarayın tarixi, mədəni və turistik yerlərini gəziblər.
İki gün davam edən şəhər gəzintisinə Aksaray İcra Hakimiyyətinin başçısı Hamza Aydoğdu və şəhərin digər rəsmi şəxsləri də qatılıblar. 
Jurnalistlərə tarixi məkanlarla bağlı ətraflı məlumat Aksaray Mədəniyyət İdarəsinin müdiri Mustafa Doğan tərəfindən verilib. 
Program sonunda jurnalistlər belə bir proqramın təşkilatçılığında əməyi olanlara təşəkkür edərək, məmnunluqlarını ifadə etdilər.
Qeyd edək ki, sözü gedən proqramda TİGAD-ın Azərbaycan təmsilçisi Manera.az saytının Baş redaktoru, araşdırmaçı - jurnalist Şəhla Aslan iştirak edərək ənənəvi jurnalistikanın vəziyyəti, bu sahənin gələcəyi və jurnalistikada sosial media istifadəsi mövzularında fikirlərini həmkarlarıyla paylaşıb.
MANERA.AZ Programdan fotoları təqdim edir:














Məhəmməd Məmmədli,
TÜRKİYƏ, AKSARAY