manera.az
manera.az

Xətai Sənət Mərkəzində 60-a yaxın rəssamın əsəri nümayiş olunacaq

Xətai Sənət Mərkəzində 60-a yaxın rəssamın əsəri nümayiş olunacaq
İyunun 3-də Xətai Sənət Mərkəzində yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə elan olunmuş “Plener əsərlər sərgisi” açılacaq.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş sərgiyə 200-dən çox fırça ustasının təbiət qoynunda yaradılmış 500-ə yaxın (yağlı boya, akril, sulu boya və s. bu kimi vasitələrlə yaradılmış) əsəri təqdim edilib.

Mərkəzdən MANERA.AZ-a verilən məlumata görə, təqdim olunan əsərlər arasından 60-a yaxın rəssamın 79 əsəri sərgidə nümayiş olunacaq.

Sərgilənəcək əsərlərlə https://www.yumpu.com/xx/document/read/68036181/plener-2023 linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, əsərlər mayın 30-dək Xətai Sənət Mərkəzinə təqdim olunmalıdır.

Rəsmləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər.

Həmçinin sərgidə tamaşaçının seçdiyi bir əsərin və münsiflər heyətinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunacaq.

Girişi sərbəst olan sərgi 3 gün davam edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031