manera.az
manera.az

Bakıda Afrika Kinosu Günləri təşkil ediləcək - İlk dəfə

Bakıda Afrika Kinosu Günləri təşkil ediləcək - İlk dəfə
Mərakeş Krallığının ölkəmizdəki səfirliyi 25-27 may tarixlərində Azərbaycanda ilk dəfə Afrika Filmləri Günlərini təşkil edəcək.

MANERA.AZ xəbər verir ki, bu barədə Mərakeş Krallığının səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatına əsasən, Mərakeşin Khouribga Beynəlxalq Afrika Filmləri Festivalı Fondunun dəstəyi ilə Afrika Filmləri Günləri hər il 25 may tarixində qeyd edilən Afrika Gününə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq.

Burada məqsəd Afrikanın müxtəlif kino mədəniyyətlərini nümayiş etdirmək, xalqlar arasında müxtəlifliyi və dialoqu təşviq etməkdir.

Afrikalı gənc kinorejissorların təmsil olunduğu Afrika kino sənayesi ilə Azərbaycan ictimaiyyətini tanış etmək üçün ölkəmizdə ilk dəfə keçiriləcək Afrika Kino Günləri əhəmiyyətli addım olacaq.

“Bu tədbir həm də Afrika ölkələrini tanıtmaq, onların mədəniyyətlərini, iqtisadiyyatlarını, xüsusiyyətlərini Azərbaycan xalqına çatdırmaq və bununla da Azərbaycanla Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və şaxələndirilməsinə töhfə vermək üçün bir fürsət rolunu oynayacaq”, - səfirlik əlavə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031