manera.az
manera.az

“Azərbaycan Kinosu Günləri” keçiriləcək

📅 01.12.2018 14:45

“Azərbaycan Kinosu Günləri” keçiriləcək
Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək.

Nazirlikdən Manera.az-a verilən məlumata görə, “Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunacaq.

Azərbaycanın tarixini və mədəniyyətini insanlara daha yaxından tanıtmaq, xüsusilə, gənclərdə vətənə və torpağa məhəbbət hisslərini gücləndirmək məqsədilə keçirilən Kino Günləri çərçivəsində son illər vətənpərvərlik, Qarabağ və digər milli-mənəvi dəyərlərimiz haqqında dövlət sifarişi ilə çəkilmiş sənədli filmlərin nümayişi və tanınmış incəsənət xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

MANERA.AZ


Baxış sayı - 1 065 | Yüklənmə tarixi: 01.12.2018 14:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930