manera.az
manera.az

Azərbaycan filmləri Moskvada nümayiş olunacaq

📅 22.01.2022 08:18

Azərbaycan filmləri Moskvada nümayiş olunacaq
Rusiya paytaxtında “Azərbaycan kinosu həftəsi” keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonunda keçiriləcək “Azərbaycan kinosu həftəsi” çərçivəsində yanvarın 22-dən başlayaraq fevralın 20-nə kimi hər həftənin şənbə-bazar günləri tanınmış klassik Azərbaycan filmləri nümayiş olunacaq.

VDNX-nın saytında “Azərbaycan kinosu həftəsi” çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı və seansların cədvəli çap olunub.

Belə ki, “Azərbaycan kinosu həftəsi”ndə “Gün keçdi”, “Qorxma, mən səninləyəm”, “Ad günü”, “Bir cənub şəhərində”, “İstintaq”, “Qaynana”, “Arşın mal alan”, “Şərikli çörək” və “Gecə qatarında qətl“ filmləri nümayiş olunacaq.

Azərbaycan filmləri Moskvada nümayiş olunacaq


Baxış sayı - 532 | Yüklənmə tarixi: 22.01.2022 08:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930