manera.az
manera.az

"Gənclərin Dostu" mükafatının təqdimatı olub

📅 01.02.2019 13:39

"Gənclərin Dostu" mükafatının təqdimatı olub
Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Dostu" Milli Mükafatının təqdimat mərasimi keçirilib.

Manera.az-ın məlumatına görə, mərasimdə Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar o cümlədən KİV nümayəndələri iştirak ediblər.

Gənclər Mərkəzinin sədri Kənan Qubadzadə tədbiri açaraq bildirib ki, mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim edilib.

Həmçinin təşkil edilən tədbirdə Gənclər Mərkəzi Ictimai Birliyinin nəzdində "Azərbaycan Gənc Sahibkarlar Klubu"nun yaradılması elan edilib.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov bildirib ki, Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda Ulu öndər Heydər Əliyev Bakıya gələrək xilaskarlıq missiyasını yerinə yetirdi: "İlk növbədə Ulu öndərimiz Naxçıvanı xilas etdi. 1990-cı illərin əvvəlində Bakıda təzyiqlərlə üzləşən Heydər Əliyev Naxçıvana pənah gətirdi. Mən deyərdim ki, bu əslində Naxçıvanın şansı idi. Həmin dövrlərdə Azərbaycanın əleyhdarlarının tərtib etdiyi planda təkcə Dağlıq Qarabağın yox, eyni zamanda Naxçıvanın da işğal edilməsi nəzərdə tutulmuşdu. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi bu ərazinin də işğal edilməsinin qarşısını aldı. Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunması kimi arzusu yerinə yetdi".

"Azərbaycan Gənc Sahibkarlar Klubu"nun koordinatoru Anar Sarıyev və Gənclər Mərkəzi İctimai Birliyinin sədr müavini Elvin Hüseynov çıxış edərək tədbir iştirakçılarını 2 Fevral Gənclər Günü münasibəti ile təbrik edib, onlara uğurlar arzulayıb və klubun gələcək fəaliyyəti barədə dolğun məlumat veriblər.
Daha sonra çıxış edən millət vəkilləri Adil Əliyev, Musa Urud, Jalə Əliyeva Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən söz açıblar. Bildirilib ki, vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.

Çıxışlardan sonra "Gənclərin Dostu" Milli Mükafatı öz sahiblərinə təqdim olunub. Mediada gənclər siyasətinin təbliğinə və işıqlandırılmasına görə, “Həftə içi” qəzeti və Hafta.az saytı da mükafata layiq görülüb.

Qeyd edək ki, "Gənclərin Dostu" Milli Mükafatı bir qrup millət vəkillərinə, gənc fəallara, ictimaiyyət xadimlərinə o cümlədən bir sıra jurnalistlərə verilib.


Baxış sayı - 909 | Yüklənmə tarixi: 01.02.2019 13:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031