manera.az
manera.az

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqə keçiriləcək

📅 11.04.2023 11:00

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqə keçiriləcək
Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqə keçiriləcək.

Bu barədə MANERA.AZ-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Qaydalara müvafiq olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, müsabiqə Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli 3-24/3-1-f-63/2023 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən həyata keçirilir.


Baxış sayı - 575 | Yüklənmə tarixi: 11.04.2023 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031