manera.az
manera.az

“İlin ən yaxşı əsəri” adlı müsabiqə elan edildi

📅 24.11.2021 07:36

“İlin ən yaxşı əsəri” adlı müsabiqə elan edildi
Azərbaycan Rəssamlar İttifaqı “İlin ən yaxşı əsəri” adlı sərgi-müsabiqə elan edib.

Manera.az xəbər verir ki, sərgi-müsabiqədə yalnız ittifaqının üzvləri iştirak edə bilər. Müsabiqəyə dörd nominasiya – rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət, heykəltəraşlıq işləri qəbul olunacaq və bu nominasiyalar üzrə qalib əsərlər mükafatlandırılacaq.

Hər müəllif müsabiqəyə yalnız 1 (bir) əsər təqdim edə bilər. Qəbul edilmiş əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Əsərlərin qəbulu və qeydiyyatı dekabrın 20-dən 25-dək aparılacaq.

Sərgi-müsabiqənin açılışı və qaliblərin mükafatlandırılması dekabrın 29-da Azərbaycan Rəssamlar İttifaqı V.Səmədova adına sərgi salonunda keçiriləcək.


Baxış sayı - 705 | Yüklənmə tarixi: 24.11.2021 07:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031