manera.az
manera.az

Musiqi müəllimlərinin yerdəyişmə imtahanı keçiriləcək

Musiqi müəllimlərinin yerdəyişmə imtahanı keçiriləcək
Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, bu barədə regional mədəniyyət idarələrinə müvafiq əmr göndərilib.

Qeyd edilib ki, yerdəyişmə üzrə müsahibə nazirliyin müvafiq əmri ilə təsdiq olunmuş müsahibə komissiyası tərəfindən xüsusi cədvəl üzrə keçiriləcək.

Müsahibənin tarixi və keçirilmə yeri barədə namizədə aidiyyəti regional mədəniyyət idarəsi tərəfindən məlumat veriləcək.

Namizəd müsahibədə iştirak etmək üçün aşağıdakılara əməl etməlidir:

1. Təyin olunmuş vaxta 15 dəqiqə qalmış müsahibə keçəcəyi binanın qarşısına gәlmәli, özü ilə aşağıdakı sәnәdlәri gәtirmәlidir:

- şәxsiyyәt vәsiqәsinin əslini;

- hərbçi ailəsinin üzvü, şəhid ailəsinin üzvü, müharibə iştirakçıları, dövlət təltifləri olan şəxslər müvafiq sənədlərin əslini və surətini.

2. Musiqi ixtisasları üzrə müsahibəyə dəvət olunan namizəd öz musiqi alətini (fortepiano aləti istisna olmaqla) gətirməlidir. Namizəd müsahibədə sərbəst seçimlə ifa edəcəyi əsərin notunu komissiyaya təqdim etməlidir. Müşayiət tələb olunduğu halda namizəd konsertmeyster ilə təmin ediləcəkdir. Namizəd müsahibəyə öz konsertmeysteri ilə də gələ bilər.

3. Müsahibə keçirilən məkana namizəd və onun konsertmeysteri yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim etdikdə buraxılacaqlar.

4. Namizəd şəxsiyyət vəsiqəsinin əslini müsahibə keçirilən binanın giriş qapısında buraxılış rejimini hәyata keçirәn әmәkdaşa tәqdim etdikdən sonra müsahibə otağına keçməli və müsahibə bitdikdən sonra binanı tərk etməlidir.

5. Müsahibə keçiriləcək binaya giriş zamanı mobil telefon vә digәr rabitә vasitәlәri, elektron cihazlar, çanta, konspekt, mәlumat kitabçası vә başqa yardımçı vasitәlәrin keçirilməsi qadağandır. Bu əşyalar aşkar edilən iştirakçılar barәdә imtahan rəhbəri tərəfindən akt tәrtib olunur, onlar müsahibəyə buraxılmır və ya onların müsahibə nəticələri ləğv olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930