manera.az
manera.az

Ankarada “31 Mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirilib

Ankarada “31 Mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirilib

Ankarada “31 Mart 1918-ci il - Dünya Azərbaycanlılarının Soyqırımı günü” və “24 aprel 1915-ci il - erməni soyqırımı yalanı” adlı tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirə rəsmi şəxslər, tələbələr, eyni zamanda azərbaycanlı və Türkiyəli vətəndaşlar qatılıb.

Tədbirdə açılış çıxışını edən Türk Dünyası Kültür Mərkəzinin rəhbəri Arzuman Azaflı tədbir iştirakçılarını salamlayıb, qonaqlara tədbir proqramı ilə bağlı məlumat verib.

Sonra çıxış edən Kahramanmaraş Sütçü Universitetinin “Siyasət bilimi və beynəlxalq əlaqələr” kafedrasının müdiri, Prof. Dr. Toğrul İsmayıl və Ankara Universitetinin hüquq fakültəsinin professoru, yazıçı Cavid Abdullahzadə bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs ediblər.

Bildirilib ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.

Çıxışlarda qeyd olunub ki, təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Rəsmi proqramından sonra tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Şəhla Aslan,
Ankara

MANERA.AZ


Ankarada “31 Mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30