manera.az
manera.az

Pikasso: dünyanın ən bahalı rəssamı

📅 08.04.2023 08:56

Pikasso: dünyanın ən bahalı rəssamı
Pablo Pikassonun ölümündən 50 il sonra onun incəsənət əsərlərinə hələ də böyük dəyər verilir.

MANERA.AZ xəbər verir ki, “Agence France-Presse”in hesablamalarına görə, ispan rəssamın 5 əsəri 100 milyon dollardan, 16-sı 50 milyon dollardan və 39-u 30 milyon dollardan yuxarı qiymətə satılıb.

Pikassonun ən iri hərrac nailiyyəti 1955-ci ildə çəkilmiş “Əlcəzairli qadınlar” (“O” seriyası) adlı rəsm olub.

Son 20 il ərzində Pikassonun digər iki əsəri - “Qəlyanlı oğlan” və “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” rəsmləri bir rəssamın hərracda satılan incəsənət əsərlərinin sayına görə rekord qazanıb.

Orta hesabla hər il hərraclarda fırça ustasının 3 minə yaxın əsəri satılır.

Qeyd edək ki, kubizmin banisi sayılan Pablo Pikasso dünyada ən bahalı rəssamdır.

O, həmçinin heykəltaraş, qrafik, dizayner, keramikaçı-rəssam və teatr tərtibatçısıdır.


Baxış sayı - 544 | Yüklənmə tarixi: 08.04.2023 08:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031