manera.az
manera.az

Məşhur rəssamın bu əsəri 45 milyon dollara satıldı

📅 31.01.2022 15:38

Məşhur rəssamın bu əsəri 45 milyon dollara satıldı
İntibah dövrünün ən məşhur rəssamlarından olan Sandro Bottiçellinin çəkdiyi rəsm əsəri Nyu-Yorkdakı “Sotheby's” hərracında 45,4 milyon dollara satılıb.

MANERA.AZ “İnterfaks”a istinadla xəbər verir ki, bu, hərraclarda indiyədək intibah dövrünə aid rəsm əsərlərinə qoyulan ən yüksək qiymətlərdən biridir.

“Sotheby's” hərrac evindən bildirib ki, Bottiçellinin əsərləri hərracda olduqca nadir tapıntıdır, xüsusilə, onun son işləri bazarda çox nadir hallarda görünür.

“Kədər adamı” tablosu 1963-cü ildə hərracda alındıqdan sonra eyni adamın şəxsi kolleksiyasında qalıb”, - deyə əlavə olunub.

Qeyd edək ki, Sandro Bottiçelli İtaliyanın ən mühüm irəssamlarından biri hesab olunur. Onun ən məşhur əsərləri arasında “Veneranın doğulması”, “Bahar” və “Venera və Mars”ın adları çəkilir.


Baxış sayı - 725 | Yüklənmə tarixi: 31.01.2022 15:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031