manera.az
manera.az

Aziz Sancar adına mükafat təsis olundu

📅 03.04.2023 12:09

Aziz Sancar adına mükafat təsis olundu
Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatına sənəd qəbulu elan olunur.

MANERA.AZ xəbər verir ki, Universitetdən MANERA.AZ-a verilən xəbər məlumata görə, mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədilə təsis olunub.

Müsabiqəyə UNEC əməkdaşlarının “Qida təhlükəsizliyi”, “Qida elmləri və texnologiyası”, “Biokimya”, “Mikrobiologya”, “Biotexnologiya” sahələr üzrə dərc edilmiş elmi məqalələri qəbul olunur.

Mükafat fondu 10.000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir.

Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan - 30 iyun tarixinədək qəbul edilir.

Mükafata təqdim edilən əsərlər müsabiqə komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqəyə WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda dərc edilmiş monoqrafiyalar, Web of Science bazasında Q1və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr qəbul olunur.

Təqdim olunan məqalədə müəllifin UNEC əməkdaşı olduğu qeyd edilməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada azizsanjarlab@unec.edu.az e-mail ünvanına göndərilməlidir.


Baxış sayı - 379 | Yüklənmə tarixi: 03.04.2023 12:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031