manera.az
manera.az

Azərbaycanın 2 universiteti dünya reytinqində

📅 23.04.2020 15:55

Azərbaycanın 2 universiteti dünya reytinqində
Britaniyanın "The Times Higher Education" nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings -2020) tərtib edib. Impact Rankings Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.

Manera.az xəbər verir ki, tədqiqat universitetlərin üç geniş sahədə - tədqiqat, informasiya-təbliğat və idarəetmə üzrə hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün diqqətlə seçilmiş kriteriyalardan istifadə edir.

THE-nin sayca ikinci nəşrinə dünyanın 85 ölkəsindən 766 universitet daxildir. Siyahıya ikinci ildir ki, Yeni Zelandiyanın Auckland Universiteti rəhbərlik edir.

Sonrakı üç yerdə isə Avstraliya universitetləri yer alıblar: Sidney Universiteti, Qərbi Sidney UniversitetiLa Trobe Universiteti.

Yaponiya reytinqdə ən çox - 63, Rusiya 47, Türkiyə isə 37 ali məktəblə təmsil olunur.

Dünya reytinqinə Azərbaycanın 2 ali təhsil müəssisəsi daxildir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar.


Baxış sayı - 1 042 | Yüklənmə tarixi: 23.04.2020 15:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031