manera.az
manera.az

Tərcümə müsabiqəsinin qəbul vaxtı uzadıldı

Tərcümə müsabiqəsinin qəbul vaxtı uzadıldı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” müsabiqəsində iştirak etmək istəyənlərin çoxsaylı müraciətlərini nəzərə alaraq tərcümə əsərlərinin qəbulunu 2022-ci il iyulun 31-dək uzadıb.

Tərcümə Mərkəzindən MANERA.AZ-a bildirilib ki, müsabiqəyə 2020–2022-ci illərdə orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş nəsr və poeziya nümunələri qəbul edilir.

nəsr – 20.000 işarəyə qədər;

poeziya – 100 misraya qədər.

* tərcümə müəllifi hər hansı nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər;

* müsabiqə iştirakçılarına yaş məhdudiyyəti qoyulmur.

Müsabiqənin mükafat fondu

Nəsr və poeziya üzrə

I yer – 2000 (iki min) manat

II yer – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

Əsərin göndərilmə qaydası

* Əsərlər, tərcümə edildiyi orijinal mətn əlavə olunmaqla, elektron poçt vasitəsilə, yaxud kağız formatında (5 nüsxədə) təqdim edilir;

* müsabiqə şərtlərinə uyğun gəlməyən formatda təqdim edilən mətnlər geri qaytarılır.

Əlavə sənədlər

* şəxsiyyət vəsiqəsinin surəti

* müsabiqə iştirakçısının əlaqə nömrəsi.

Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74

Email: musabiqe@aztc.gov.az

Telefon: (012) 595 10 69

Mob: (055) 988 89 30 (votsap)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031