manera.az
manera.az

Bakıda məşhur alman yazıçının kitab təqdimatı olacaq

Bakıda məşhur alman yazıçının kitab təqdimatı olacaq
Almaniyanın bestseller yazıçısı Vulf Dorn Azərbaycanda kitab təqdimatı keçirəcək.

MANERA.AZ xəbər verir ki, ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı iləkeçiriləcək imza günü və yazıçının dilimizə yeni tərcümə olunmuş ˝21 kölgə yoldaş˝ kitabının təqdimatı 2 gün davam edəcək.

İlk imza günü 4 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Park Akademiya˝, ikinci imza günü isə 5 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Gənclik Mall˝ filiallarında baş tutacaq.

Tədbir bütün iştirakçıların kitabları imzalananadək davam edəcək.

İmza günündə iştirak sərbəstdir və heç bir qeydiyyat tələb olunmur.

Azərbaycanda imza günü keçiriləcək Vulf Dorn psixoloji triller janrında yazdığı əsərlərlə təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir.

O, 2009-cu ildə yazdığı ilk romanı “Psixiatr”la məşhurlaşıb. Əsərləri 10-dan çox dilə tərcümə olunan Vulf Dornun ˝Psixiatr˝, "Şizofrenik", "Oyunbaz", "Fobiya", ˝21 kölgə yoldaş˝ romanları ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş yazıçı hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.

Müəllifin kitablarını ˝LIBRAFF˝ kitab mağazalarından əldə edə və ya onlayn sifariş verə bilərsiniz. /kulis.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728