manera.az
manera.az

Yerinə düşən söz - Xaliq Rəhimli yazır

Yerinə düşən söz - Xaliq Rəhimli yazır
(Tahir Talıblının “Söz-söz olunca” kitabından ilk ağlıma gələnlər)

Bura dimdiyi sapsarı,
Bura ayaqları xallı
Bir körpəcə quş yeriymiş
Mən çox ayıq- sayıq gəldim,
Sən demə sərxoş yeriymiş


Tahir Talıblının şeirləri hər hansı tənqid qəliblərinə sığan deyil. Olsa-olsa qəlbə sığa bilər. Şairin şeirlərini söz-söz , misra -misra təhlil edib sözün alt qatında, yaxud üst qatında məna, məzmun axtarmaq alınmır. Buna ehtiyac da yoxdur.

Sadəcə şeirlərin bütövlükdə havasını udmaq ,ruhuna qovuşmaq gərəkdir. Oxucu şairin poeziyasını qavramaq üçün o şeirlərin xasiyyətində olmalıdır, bir növ şairin qələmə aldığı poetik nümunələrə oxşamalıdır. Yaxşı şeirə oxşamaq nə gözəldi. Bu şeirlər hər şeyin ilahisini təbliğ edir-maddi aləmnən, nəfsdən, tamahdan uzaq olmaq ,Allah verən ömrü halal, düzgün yaşamaq və Tanrı eşqinə qovuşmaq .

Şair bu yaşam düsturunu ,nəhəng əzəli və əbədi mövzuları öz içindən , qələmindən uğurla keçirib. Adətən belə mövzuları poetik yeniləmək şairdən sufi düşüncəsiylə yaşamağı ,gözü-könlü tox olmağı, nəfsinin öhdəsindən gəlməyi tələb edir. Həyat tərzin bu yazılara uyğun olmasa heç Allah da səni axtarmayacaq.Düzgün ,halal yaşam tərzi olmasa bu şeirlər şairin ağlına da gəlməz .
Yerinə düşən söz - Xaliq Rəhimli yazır
Bəli “Söz söz olunca” şair dəridən -qabıqdan çıxır, o dünyanı görüb gəlir. Tahir Talıblı az yazan şairlərdəndir. Əslində bu qəbildən olan şeirlər az yazılır. Əgər çox yazmaq istəyirsənsə onda Allahdan əlini üz .Tahir müəllimin də işi -gücü ,qəlbi,ruhu Tanrıyladı.İlahi nə vaxt yazmaq lazım olduğunu şairə özü pıçıldayır. Yetər ki ,qələmin kağızın cibində olsun.

Bu səbəbdən də Tahir müəllim kəmiyyətə varmır "min bərəkət" deyib olana şükür edir. Bu sirri, düyünü açılmayan dünya alimlərdən daha çox şairlərə maraqlı gəlir .Tanrı ,ayrılıq ,ölüm kimi fəlsəfi mövzular Tahir Talıblının ruhundan keçməsə qələmindən süzülməz:

Ölümdən o yanda nə var
Ondan sonrası Tanrıdı...


Ona görə də bu cür fəlsəfi şeirləri günaşırı yazmaq olmur.Gərək təbin həmin məqama yetişə.O məqamın isə nə vaxt yetişəcəyini heç şair özü də düz-əməlli bilmir.Balçı satıcıya təmiz balın dadına baxmaq üçün uzaq başı bir çay qaşığı qədər təklif edər .Mən də eyni ilə bir kitablıq sözün "dadına" baxmaq üçün bir bənd şeir təqdim elədim.Yəqin ki sözün dadını- tamını bilənlər, ruhsal zövqü olanlar Tahir Talıblının poeziya dünyasından əli boş qayıtmayacaqlar .

Kitabın xeyli hissəsində uzun illərdi radioda səslənən“Bulaq” verilişinin bir neçə mətni yer alıb .Həmin o bulaq verilişlərini də Tahir müəllim dübarə şeir kimi yazıb.Bu mətnlərdə bəlkə neçə-neçə şeirin siqləti ,urvatı ,hikməti var. Xalq təfəkkürünü o cür bədii üslubla, təhkiyəylə ,şirin dillə yazmaq üçün müəllifdə mütləqdir ki bədii ,poetik istedad olsun.Gözəgörünməz şairdən bunları da əsirgəməyib .Ona görə də Tahir müəllimin söz “Bulağ”ının suyu dadlıdı ,içməlidi və quruyan deyil.

Xalq təfəkküründən süzülüb gələn tamlı söz Tahir Talıblının qələmində daha da tamlanır ,sehrlənir ,qədir bilənlərin ürəyinə yağ kimi yayılır.

Tahir müəllimi bir daha təbrik edirəm!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30