manera.az
manera.az

Seyran Səxavət oxucuları ilə görüşüb - Foto

📅 23.12.2022 06:01

Seyran Səxavət oxucuları ilə görüşüb - Foto
Şair, yazıçı-dramaturq və tərcüməçi Seyran Səxavət Sumqayıtdakı “Poeziya evi”ndə oxucularla görüşüb.

MANERA.AZ xəbər verir ki, görüşdə Seyran Səxavətin yaradıcılığından danışılıb.

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, Əməkdar müəllim, şair Ofelya Babayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və başqaları Seyran Səxavətin “Daş evlər”, “Qızıl teşt”, “Nekroloq” və digər əsərlərinin oxucusuna aşıladığı mənəvi keyfiyyətlər barədə söz açıblar.

Seyran Səxavət ədəbiyyatın başlıca vəzifəsinin insan dəyərlərinin yaşamasına xidmətdən ibarət olduğunu xatırladıb, yeni şeirlərini səsləndirib.

Görüş musiqiçilərin onun sevdiyi “Zabul” segahının ifası ilə başa çatıb.

Seyran Səxavət oxucuları ilə görüşüb - Foto
Seyran Səxavət oxucuları ilə görüşüb - Foto
Seyran Səxavət oxucuları ilə görüşüb - Foto
Seyran Səxavət oxucuları ilə görüşüb - Foto


Baxış sayı - 370 | Yüklənmə tarixi: 23.12.2022 06:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031