manera.az
manera.az

Poeziya Evində roman təqdimatı - FOTO

📅 08.12.2022 14:30

Poeziya Evində roman təqdimatı - FOTO
Sumqayıt Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Sumqayıt Poeziya Evinin yaradıcı heyəti, Vətən müharibəsi iştirakçıları, Şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman haqqında məlumat verib.

İ.İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra yazıçı Elçin Hüseynbəyli, şairə Ofelya Babayeva, şair Fəxrəddin Teyyub və şəhid Əbdulməcid Axundovun anası Ceyran Həsənova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib .

Sonda xatirə şəkli çəkdirilib.

Poeziya Evində roman təqdimatı - FOTO
Poeziya Evində roman təqdimatı - FOTO
Poeziya Evində roman təqdimatı - FOTO
Poeziya Evində roman təqdimatı - FOTO


Baxış sayı - 511 | Yüklənmə tarixi: 08.12.2022 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930