manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrı Şəkidə

📅 02.12.2022 14:53

Gənc Tamaşaçılar Teatrı Şəkidə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərində olub.

Teatrdan MANERA.AZ-a bildirilib ki, səfər Gənc Tamaşaçılar Teatrı və İsveçin Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində gerçəkləşib. Layihəyə əsasən teatrın aktyorları görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” tamaşasını təqdim ediblər.

Tamaşadan öncə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon çıxış edərək uşaqların dünyagörüşünün formalaşmasında Astrid Lindqren yaradıcılığının müsbət təsirini vurğulayıb.

Eyniadlı romanının motivləri əsasında Staffan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), aranjemançısı Rüfət Ramazanov, məsləhətçisi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.

Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Venera Abbasova, Hüsniyyə Əhmədova, Müşfiq Əliyev, Vahid Orucoğlu və Ramil Məmmədov çıxış ediblər.

Gənc Tamaşaçılar Teatrı Şəkidə
Gənc Tamaşaçılar Teatrı Şəkidə


Baxış sayı - 493 | Yüklənmə tarixi: 02.12.2022 14:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031