manera.az
manera.az

Elm və təhsil naziri vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 23 dekabr 2022-ci il tarixində Saatlı rayonunda Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarında qeydiyyatda olan vətəndaşlarla görüş keçirəcək.

MANERA.AZ xəbər verir ki, qəbulda həmçinin qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 15 dekabr 2022-ci il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728