manera.az
manera.az

“Dəli Domrul” Şuşa teatrında

📅 23.11.2022 12:17

“Dəli Domrul” Şuşa teatrında
Noyabrın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, “Dəli Domrul” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Qeyd edək ki, “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi – Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir.


Baxış sayı - 537 | Yüklənmə tarixi: 23.11.2022 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031