manera.az
manera.az

BP Azərbaycanın dörd gənc yazarının kitabını nəşr edib

BP Azərbaycanın dörd gənc yazarının kitabını nəşr edib
Oktyabrın 20-də BP müasir Azərbaycan ədəbiyyatının dörd istedadlı gənc nümayəndəsinin əsərlərinin təqdimatını keçirib.

MANERA.AZ xəbər verir ki, ikisi şair, ikisi isə yazıçı olmaqla dörd müəllifin hər birinin bir kitabının nəfis tərtibatda nəşrindən ibarət bu layihə dünya ədəbiyyatı xəzinəsini ən qiymətli incilərlə zənginləşdirmiş Azərbaycan ədəbiyyatının gələcəyinə BP-nin töhfəsidir.

"Tarixən böyük inkişaf yolu keçmiş Azərbaycan ədəbiyyatı bu gün də öz ənənələrinə sadiq qalaraq inkişaf edir, yeni-yeni ədəbi qüvvələr, istedadlı gənclər söz sənətimizə dəyərli töhfələr verirlər" - bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar BP şirkətinin müasir Azərbaycan ədəbiyyatının tanınmış dörd nümayəndəsinin kitablarının təqdimatında bildirib.

Təqdimatda iştirak edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, BP böyük məmnuniyyətlə Azərbaycanın ədəbi irsinin təbliğinə dəstəyini davam etdirir.

"Bundan öncə biz Nizami və Nəsimi kimi dünya poeziyası nəhənglərinin ədəbi irslərinin tədqiqi və təbliği səylərini dəstəkləyən iri layihələr həyata keçirmişik. Ədəbi gəncliyin yaradıcılığının təbliğinə yönəlmiş bu layihə ilə biz Azərbaycan ədəbiyyatının misilsiz dəyərlərinin gələcəyə ötürülməsi və zəngin ənənələrinin davamlı olması səylərini dəstəkləyirik." - Bəxtiyar Aslanbəyli qeyd edib.

Layihəyə daxil edilmiş kitablar bunlardır: Müəllifi Fərid Hüseyn olan “Bəyaz ləkə” şeirlər toplusu; Müəllifi Şəhriyar del Gerani olan “Özümdən məşhur şeirlər”; Müəllifi Ömər Xəyyam olan “Bizim atalarımız, bizim analarımız” hekayələr toplusu; Müəllifi II Mahmud olan “Yersiz ölüm” hekayələr və romanı.

BP-nin ev sahibliyi etdiyi bu tədbirdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, tədqiqatçılar, alimlər, ədəbiyyatsevərlər bir araya gəliblər.

Layihəyə daxil edilmiş dörd kitabın ümumi həcmi təxminən 800 səhifədir. Layihənin ümumi dəyəri kitabların nəşri ilə birlikdə 43 min manatdan artıqdır.

BP Azərbaycanın dörd gənc yazarının kitabını nəşr edib
BP Azərbaycanın dörd gənc yazarının kitabını nəşr edib
BP Azərbaycanın dörd gənc yazarının kitabını nəşr edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728