manera.az
manera.az

Aşıq Ələsgərin 200 illiyinə çəkilən film təqdim ediləcək - FOTO

📅 17.10.2022 15:59

Aşıq Ələsgərin 200 illiyinə çəkilən film təqdim ediləcək - FOTO
Oktyabrın 20-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyasının istehsalı olan “Haqq aşığı” sənədli filminin premyerası keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş ekran əsərinin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, təsvir rejissoru Üzeyir Abbas, rəssamı Şahin Həsənli, musiqi tərtibatçısı Azər Hacıəsgərli, məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Salim, prodüseri Nazim Hüseynovdur.

Filmdə Aşıq Ələsgər obrazını aşıq Təbriz Vəliyev canlandırıb.

Çəkilişləri Türkiyənin Qars şəhərində, Bakıda və Gədəbəy, Qazax, Kəlbəcər və başqa rayonlarda aparılan filmdə Dədə Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib.

Aşıq Ələsgərin 200 illiyinə çəkilən film təqdim ediləcək - FOTO


Baxış sayı - 1 129 | Yüklənmə tarixi: 17.10.2022 15:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930