manera.az
manera.az

Aqşin Yenisey təltif olundu - FOTO

Aqşin Yenisey təltif olundu - FOTO
9 oktyabr 2022-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında şair Aqşin Yeniseylə “Şeir axşamı” adlı tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbir çərçivəsində Aqşin Yenisey Azərbaycan Respublikası Mədəniyyət Naziriliyi tərəfindən təsis olunan “Şuşa-270” döş nişanı ilə təltif olunub. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli döş nişanını Aqşin Yeniseyə təqdim edib.

Təltif mərasimindən sonra Aqşin Yenisey təəssüratlarını bölüşüb. Bakı Beynəlxalq Kitab Sərgisində beşinci dəfə iştirak etdiyini, ilk dəfə belə bir təltiflə mükafatlandırıldığını bildirən Aqşin Yenisey qeyd edib ki, “bu mənim üçün çox gözlənilməz oldu. Şuşa şəhərinin adını daşıyan hər bir şey mənim üçün dəyərli və qiymətlidir. Çox qürurla mən bu döş nişanını öz üzərimdə daşıyacam. Artıq Şuşa mənim ürəyimin başında olacaq. Mən bu dəyərə görə ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarıdır.

Aqşin Yenisey təltif olundu - FOTO
Aqşin Yenisey təltif olundu - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829