Elçin Hüseynbəyli nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, görkəmli yazıçı-dramaturq Elçin Hüseynbəyli nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Yazıçı Abay International Poetry Academy tərəfindən təsis edilən “Abay Kunanbayev Qızıl Medalı” ilə təltif olunub.
Mükafat ədəbiyyat xadimlərinə dünya ədəbiyyatının inkişafına verdikləri mühüm töhfələrə və bu sahədə qazandıqları əhəmiyyətli nailiyyətlərə görə təqdim edilir.
Elçin Hüseynbəyliyə təqdim olunan diplom Abay International Poetry Academy-nin prezidenti Uluqbəy Esdövlət tərəfindən imzalanıb.
Diplom və “Abay Kunanbayev Qızıl Medalı”nı Elçin Hüseynbəyliyə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib.
Qeyd edək ki, Elçin Hüseynbəyli müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi nəsr və dramaturgiya sahəsində çoxsaylı əsərlərin müəllifidir.