manera.az
manera.az

Tərlan Əbilov: Şuşa söhbəti...

Tərlan Əbilov: Şuşa söhbəti...
***
İndi Allahsızam, dinim də yoxdu,
Şeytan havasına oynayıram, bax!
Ta mənimki keçib, mənimki ötüb,
Yerli Allah kimi, hökumət kimi
Özümü
Adam yerinə qoymayıram, bax!

Kim biçib ömrümə bu yoxsulluğu?
Kimin əlləridir üzümə duran?
Tapa biləcəkmi çiliklərini
Qəfil dönsə geri qəlbimi qıran?
Görən biləcəkmi məndə yerini,
Oyulub tökülən sümüklərimin?
Ayrılıq üşüdür iliklərimi,
Ancaq səsim çıxmır cana doysam da,
Qəsdimə durmaqdan doymayıram, bax!

Bir yanda çirklənmiş paltaram köhnə,
Bir yanda içi boş dərman şüşəsi.
Bircə ona şükür, çəkdiyim dərddi,
Şükür, kötüksüzdü
bu evdə-eşikdə edam guşəsi...
Mən indi ömrümün son günlərini
Əzilmiş manattək üst-üstə qoyub
sayıram, bax!

Gələ bilməyirəm sənlə görüşə,
Ayaqqabım yoxdu, köynəyim yoxdu.
Laxlayır ağzımda sonuncu dış də,
Ömürdən savayı göynəyim yoxdu,
Bağışla məni, Şuşa,
Bu boyda dərdlərimlə düşüb ölməyim yoxdu...

Kimə, nəyə həsrət deyiləm ki, mən?
Özü öz qanadın qıran bir quşam...
Sən mənim çəkdiyim dərdlə yanaşı
Qızımın çəkdiyi şəkilsən, Şuşam.
Nə başım, nə əynim durur üstümdə,
Sayılıb seçilən vaxtımda mənim...
Sən məni bağışla, bağışla, Şuşa,
Görüşə gəlməsəm səninlə, demək,
Yox imiş bu görüş baxtımda mənim.
Bu varlı ölkədə, yoxsul ölkədə
Bir mən deyiləm,

Sənin görüşünə gələ bilməyən,
Evinin içində hələ də minaya düşən,
Evinin içində ölə bilməyən.
Şükür, əsirlikdən qurtarıb canın,
Mənsə bu ölkədə əsirəm hələ.
Ölkənin ən kasıb adamlarıyçün
Onsuz da özümə çatmayan nəfəsimi
Şeir yazmaq ilə kəsirəm hələ.

Başqa heç nə gəlmir əlimdən, neynim?
Bir nazik vərəqə bələnirəm, bax!
Əlimi Allaha belə açmıram,
Kimsə düşünməsin dilənirəm, bax..!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031