manera.az
manera.az

Beynəlxalq Film Festivalında Azərbaycan film günlərinin proqramı açıqlanıb

📅 03.10.2021 12:25

Beynəlxalq Film Festivalında Azərbaycan film günlərinin proqramı açıqlanıb
Özbəkistanda keçiriləcək "Böyük İpək Yolunun İncisi" XIII Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan film günlərinin proqramı açıqlanıb.

Manera.az xəbər verir ki, festivalda bədii və sənədli filmlər nümayiş olunacaq.

Film günlərində rejissor İsmayıl Səfərəlinin "Balıqçının qızı", Rüfət Həsənovun "Daxili ada", Əli-Səttar Quliyevin "Olimpiya", rejissor Kseniya Laqutinanın "Fəridə", Zaur Qasımlının "İrs" filmləri nümayiş olunacaq.

Filmlərin nümayişi Daşkənd, Urgenç və Nukusda baş tutacaq.

Paytaxtda filmlərin nümayişi Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu beynəlxalq festival 1968-ci ildən bəri keçirilir.


Baxış sayı - 556 | Yüklənmə tarixi: 03.10.2021 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930