manera.az
manera.az

AYB-nin qurultayının vaxtı məlum oldu

📅 19.08.2022 12:19

AYB-nin qurultayının vaxtı məlum oldu
Avqustun 19-da Azərbaycan Yazıçılar Birliyi (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.

MANERA.AZ xəbər verir ki, toplantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilib.

Müzakirələr zamanı qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı 30 sentyabr 2022-ci il tarixində təşkil edilsin.

Qurultay nümayəndələrinin seçilməsi məsələsində, nizamnaməyə uyğun olaraq, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyəti, Ağsaqalar Şurası, Gənclər Şurası, Təftiş Komssiyası üzvlərinin, AYB mətbu orqanlarının rəhbərliyinin tam tərkibdə, seksiya və bölmələrin isə hər on nəfərdən birinin qurultay üzvü seçilməsinə qərar verilib.

Toplantıda qurultayın Bakı şəhərində keçirilməsi məqbul sayılıb və qurultayın keçirilə biləcəyi məkanlar müzakirə edilib.


Baxış sayı - 514 | Yüklənmə tarixi: 19.08.2022 12:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930