manera.az
manera.az

Yazıçılar Birliyinin qurultayı Şuşada keçiriləcək

📅 31.08.2021 11:35

Yazıçılar Birliyinin qurultayı Şuşada keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı oktyabrda Şuşada keçiriləcək.

Manera.az xəbər verir ki, qurultayın Şuşada keçirilməsi təklifi ilə AYB sədri Anar çıxış edib.

Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən Anar Prezident İlham Əliyevlə söhbətdə qurultayın oktyabr ayında Şuşada keçirilməsini istədiklərini bildirib.

Prezident İlham Əliyev təklifi razılıqla qarşılayıb.

Anar qurultayda xaricdən də qonaqların iştirak edəcəyini deyib.

“Yaxşı olar. Yer də var burada keçirmək üçün”, - deyə Prezident qeyd edib.

Anar dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi. /apa.az/


Baxış sayı - 764 | Yüklənmə tarixi: 31.08.2021 11:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031