manera.az
manera.az

AYB katibliyinin toplantısı keçirilib

📅 13.10.2021 13:19

AYB katibliyinin toplantısı keçirilib
Oktyabrın 12-də Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısı keçirilib.

Manera.az xəbər verir ki, toplantıda Yazıçılar Birliyinin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib.

Qərara alınıb ki, qurultay 2022-ci ildə, yaz aylarında, Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilsin.

Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, Qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib.

Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib.

Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirli tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib.


Baxış sayı - 658 | Yüklənmə tarixi: 13.10.2021 13:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031