manera.az
manera.az

Lənkəranda yazıçı Əyyub Qiyasla görüş - Fotolar

📅 23.05.2022 10:39

Lənkəranda yazıçı Əyyub Qiyasla görüş - Fotolar
20 may 2022-ci il tarixində AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə tanınmış yazıçı, dramaturq, şair və tərcüməçi Əyyub Qiyasla görüş keçirilib.

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri yazıçı Qafar Cəfərli açaraq Ə.Qiyasın ömür yolu haqqında məlumat verdikdən sonra, onun hekayə yaradıcılığı barədə ətraflı danışb.

Daha sonra yazıçının "Qara işıq" romanı haqqında Səyavuş Süleymanlı, "Havay tətilləri" romanı barədə isə bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad məruzə edərək, Əyyub Qiyas yaradıcılığının müxtəlif məqamlarına toxunub, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Sonra söz digər iştikçılara verilib.

Lənkəran Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova, yazıçılardan Hafiz Mirzə və Eldar Tahirov, şairlərdən Xudaverdi Cavadov, Salman Məmmədoğlu və Mirmusa Hasanov, rayonun tanınmış mədəniyyət işçisi Ağadadaş Əliyev, şahmat üzrə Əməkdar məşqçi İdrak Dadaşov, qonaqlardan şair Etiram İlham, Mədəniyyət İşçiləri Həmkarlar təşkilatı Sumqayıt komitəsinin sədri Şahin Veysəlli çıxış edərək Əyyub Qiyasın şeir, hekayə, esse və roman, eləcə də tərcüməçilik fəaliyyətindən söz açıb, yaradıcılığının müxtəlif məziyyətlərindən danışıblar. Sonda söz Əyyub Qiyasa verilib. O, qələm sahiblərini maraqlandıran müxtəlif məzmunlu sualları cavablandırıb, tədbirin təşkilatçılarına və iştirak edənlərə təşəkkürünü bildirib. Tədbiri bölmənin sədri Q.Cəfərli yekunlaşdırıb. Sonda xatirə şəkilləri çəkilib.

AYB Lənkəran bölməsi

Lənkəranda yazıçı Əyyub Qiyasla görüş - Fotolar
Lənkəranda yazıçı Əyyub Qiyasla görüş - Fotolar
Lənkəranda yazıçı Əyyub Qiyasla görüş - Fotolar
Lənkəranda yazıçı Əyyub Qiyasla görüş - Fotolar


Baxış sayı - 661 | Yüklənmə tarixi: 23.05.2022 10:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031