manera.az
manera.az

Qubada bölgə yazarları ilə görüş təşkil edilib - Fotolar

📅 02.06.2022 18:36

Qubada bölgə yazarları ilə görüş təşkil edilib - Fotolar
AYB-nin Quba bölməsində bölgə yazarları ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, görüşdə Qubanın "Gülüstan" və "Ay işığı", Xaçmazın "Ulduzlar" ədəbi məclislərinin üzvləri və Qusarda yazıb yaradan yazarlar iştirak ediblər.

Sədr Ramiz Qusarçaylı bölmənin gələcək fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib, yerli yazarların arzu və təkliflərini dinləyib, çıxışlara münasibət bildirib.

“Gülüstan" ədəbi məclisinin sədri Şixəmməd Seyidməmmədov, "Ulduzlar" ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Qusar yazarlarından Ceynun Ağabəyov və Eyvaz Güləliyev, eləcə də Səbuhi Hacıxanlı, Mehrəli Qulu, Aqşin Dadaşoğlu, Qərib Aşkari, Məhərrəm Mustafa, Mürfəttar, Firəngiz Sabirqızı, Rəfiqə Məmmədqızı, Rahib Alpanlı, Mövlud Ağamməd, Sərvinaz Sərvər, Qülnaz Qubalı, Telman Təravət, Böyükağa Ağa, Sabir Nemətov, Abdulla Məmməd, Cümşüd Aydəmirov, Əliyar Ələsgər, Füzuli Baratov və başqaları çıxış edib və öz yeni şeirlərini oxuyublar.

Bu sayaq tədbirlərin vaxtaşırı keçiriləcəyi qərara alınıb, tədbir iştirakçıların kollektiv şəkil çəkmələri ilə yekunlaşib.

Qubada bölgə yazarları ilə görüş təşkil edilib - Fotolar
Qubada bölgə yazarları ilə görüş təşkil edilib - Fotolar
Qubada bölgə yazarları ilə görüş təşkil edilib - Fotolar
Qubada bölgə yazarları ilə görüş təşkil edilib - Fotolar


Baxış sayı - 794 | Yüklənmə tarixi: 02.06.2022 18:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031