manera.az
manera.az

ADPU-da Qulu Ağsəslə görüş

📅 26.12.2019 06:36

ADPU-da Qulu Ağsəslə görüş
Azərbaycan Dövlət Pedoqoji Universitinin akt zalında dekabrın 24-də "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəslə görüş keçirilib.

Manera.az xəbər verir ki, görüşdə filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, yazıçı, şair, filologiya elmləri doktoru Zahid Xəlil, metodistlər və filoloji fakültənin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözüylə Mahirə xanım açaraq qonaqları salamlayıb, müəllim-tələbə heyətinə Qulu Ağsəsin yaradıclığı haqqında məlumat verib.
ADPU-da Qulu Ağsəslə görüş
Ardınca tələbələr Qulu Ağsəsə suallar ünvanlayıb, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini öyrənib, maraqla cavabları dinləyərək ətrafında müzakirələr aparıblar.

Qulu Ağəs jurnalın 52 illik fəaliyyətindən danışıb, redakiyalarının daim ədəbi gəncliyin üzünə açıq olduğunu bildirib.

Görüşdə həmçinin iştirak edən ADPU-nun "Meh” ədəbi dərnəyinin üzvləri daha çox fəallıq gəstərərək qonağa müxtəlif suallar verib, öz yaradıclıq nümunələrini də səsləndiriblər.
ADPU-da Qulu Ağsəslə görüş
Tədbir boyu Zahid Xəlil də tələbələrin suallarını cavablandırıb, düşüncələrinə fikir bildirib.

Sonda Qulu Ağsəs tələbələri qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etmiş, onlara dərslərində və yaradılıq yollarında uğurlar diləyib.


Baxış sayı - 1 433 | Yüklənmə tarixi: 26.12.2019 06:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031