manera.az
manera.az

Distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək

Distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək
Ali təhsilalma formaları müəyyənləşib.

Manera.az -ın məlumatına görə, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:

- əyani təhsil (təlim və tədrisə tam cəlb olunma-fulltime)

- qiyabi təhsil (təlim və tədrisə qismən cəlb olunma-parttime)

- distant ( təlim və tədrisə məsafədən qoşulma),

- sərbəst( eksternat).

Ali təhsilin səviyyələri üzrə təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən olunur:

Subbakalavr səviyyəsində - əyani, qiyabi distant, sərbəst;

Bakalavriat səviyyəsində - əyani, qiyabi, distant, sərbəst və əsas (baza ali) tibb təhsili səviyyəsində -əyani;

Magistratura səviyyəsində - əyani, distant;

Rezidentura səviyyəsində - əyani;

Doktorantura səviyyəsində - əyani, qiyabi;

Yenidənhazırlanma təhsili üzrə - əyani, distant;

Təkrar ali təhsil üzrə - əyani, qiyabi, distant.

Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Zəruri hallarda, müasir təlim texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31