Qorkinin Tolstoy haqqında kitabı çıxdı - FOTO
Böyük rus yazıçısı Maksim Qorkinin “Lev Nikolayeviç Tolstoy haqqında xatirələr” kitabı işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, Qanun Nəşrlər Evində “MiniKlassika” seriyasından işıq üzü görən kitabı Araz Gündüz tərcümə edib.
Məşhur insanların şəxsi həyatı bütün dövrlərdə hamı üçün maraqlı olub. Həmin məşhuru başqa bir məşhurun baxış bucağından görmək isə ikiqat maraqlıdır. Bu mənada “Lev Nikolayeviç Tolstoy haqqında xatirələr” kitabının dəyəri çox böyükdür. Burada gənc, istedadlı bir müəllif dahi Tolstoyla ünsiyyətini, ondan öyrəndiklərini səmimi duyğularla qələmə alıb. Əslində, bu iki yazıçının təkcə yaşı deyil, dünyagörüşü də xeyli fərqli idi. Kitabın daha bir üstünlüyü müxtəlif mövzularda aparılan polemikalardır. Qorki bir çox fikirləri ilə razılaşmasa da, Tolstoyu çox yüksək qiymətləndirir, onu dahi kimi qəbul edir. Kitab Tolstoyu daha yaxından tanımaq üçün tutarlı bir mənbədir.