manera.az
manera.az

Musiqili Teatrda yeni tamaşa

📅 06.04.2022 16:09

Musiqili Teatrda yeni tamaşa
Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası olacaq.

Teatrdan MANERA.AZ-a verilən xəbərə görə, tamaşada dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.

18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur.

Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək, aktyorlar Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxacaqlar.

Tamaşa saat 19:00-da başlayır. Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək mümkündür.


Baxış sayı - 780 | Yüklənmə tarixi: 06.04.2022 16:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930