manera.az
manera.az

Aşıq Ədalət vəfat etdi

📅 14.09.2017 17:07

Aşıq Ədalət vəfat etdi
Aşıq Ədalət (Ədalət Nəsibov) dünyasını dəyişib.

Aşıqlar Birliyindən Manera.aza verilən xəbərə görə, o, bu gün günorta saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, ustad sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

Allah rəhmət eləsin.


Baxış sayı - 2 096 | Yüklənmə tarixi: 14.09.2017 17:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930