manera.az
manera.az

Bakıda Britaniya Film Festivalı keçirilir

📅 05.03.2022 15:29

Bakıda Britaniya Film Festivalı keçirilir
Martın 3-də Bakıda VII Britaniya Filmləri Festivalının açılış mərasimi olub.

MANERA.AZ xəbər verir ki, builki tədbir Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə üst-üstə düşür.

Festivalın açılış mərasimində çıxış edən “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo martın 15-dək davam edəcək festival çərçivəsində 7 filmin nümayiş etdirilməsinin planlaşdırıldığını bildirib.

Tədbirin ilk günü quldurluq və ədalət uğrunda mübarizədən bəhs edən “Hersoq” retro-komediyası nümayiş olunub. Filmdə Cim Brodbent və Helen Mirren kimi “oskarlı” aktyorlar rol alıblar.

Festivalın proqramına 2 sənədli film daxil edilib. “İnsanlar iqlim dəyişikliyinə qarşı” (BBC) və “Sərhədləri dağıdaraq: Planetimizə elmi baxış” (Netflix) adlı sənədli filmlərdə iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərdən və bəşəriyyətin planetimizin xilası naminə nə edəcəyindən bəhs olunur.


Baxış sayı - 367 | Yüklənmə tarixi: 05.03.2022 15:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031