manera.az
manera.az

“Hacı Qara” komediyasının premyerası olub | MANERA.AZ

📅 19.11.2015 12:36

 “Hacı Qara” komediyasının  premyerası olub | MANERA.AZ

Sumqayıt Dövlət Dram teatrında 17.11.2015 tarixində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası keçirildi. Teatrın direktoru İslam Həsənov qonaqları salamladı, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Firudin Məhərrəmovu təqdim etdi və daha sonra tamaşa nümayiş olundu.

Əməkdar artist Firudin Məhərrəmovun özünəməxsus rejissor yanaşmasıyla daha da mükəmməlləşən tamaşa aktyor heyətinin qüsursuz oyunu ilə tamaşaçıların, media numayəndələrinin, dəvət olunan ziyalıların diqqətini çəkə bildi. Tamaşadan sonra Sumqayıt tamaşaçılarının müsbət rəyi teatr kollektivinə əvəzsiz hədiyyə oldu.

“Hacı Qara” komedyası XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarını özündə eks etdirir. Rus –çar müstəmləkə siyasətinin və onun sərt qanunlarının Azərbaycan xalqının yaşam tərzi, adət-ənənələri ilə ziddiyət təşkil etməsi komediyanın əsas qayəsidir.

Hadisələr Qarabağda cərəyan edir. Rus çar müstəmləkə siyasəti nəticəsində müflisləşmiş Azərbaycan bəyi Heydər bəyin pulsuzluq ucbatından evlənə bilməməsi və bundan ötrü tacir Hacı Qaradan pul borc alıb Təbrizdən qaçaq mal gətirmək istəməsi, müfdə borc verməyə öyrəşməyən xəsis Hacı Qaranın da qazanc əldə etmək üçün ona qoşulması və nəticədə rus-erməni yasavulları tərəfindən yoxlanılmaları süjet xəttinin əsasını təşkil edir.
 “Hacı Qara” komediyasının  premyerası olub | MANERA.AZ
Tamaşa musiqili satirik-komediya janırındadır.Mahnı və musiqilər tamaşaya xüsusi rəng verir ona daha da baxımlı edir. Rolları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, aktyorlar Akif Mirzəyev, Cəlal Məmmədov, Rövşən Əsgərov, İlahə Səfərli, Elmir Mehdiyev, Mətləb Səfərli, İlqar İbrahimov, İlham Səfərli, Şəmistan Süleymanlı, Dağlar Rüstəmov, Rövşad İlyasov və Siyavuş Mahmudov canlandırır.

MANERA.AZ


Baxış sayı - 3 004 | Yüklənmə tarixi: 19.11.2015 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031