manera.az
manera.az

“Cəsur dərzi” tamaşasına baxış keçirilib | MANERA.AZ

📅 31.10.2015 15:46

“Cəsur dərzi” tamaşasına baxış keçirilib | MANERA.AZ

Sumqayıt Dövlət Dram teatrında Qrimm qardaşlarının nağılları əsasında Vasif Məmmədovun səhnələşdirdiyi “Cəsur dərzi” tamaşasının daxili baxışı keçirildi.

MANERA.AZ xəbər verir ki, tamaşanın sujet xəttində ədalətsizliyə qarşı ağılla mübarizə və qəti qələbə dayanır. Belə ki uzaq bir ölkədə vəhşi məxluqların tutduğu divanın qarşısında hər kəs acizdir. Yalnız cəsarətli gənc dərzi öz ağlı ilə insanları bu bəladan qurtara bilir. Tamaşanın quruluşcu rejissoru Vasif Məmmədovdur. Rollarda əməkdar artist Ulduzə Nəsir, aktyorlar İlqar İbrahimov, İlham Səfərli, İlahə Səfərova və çıxış edirlər. Habelə teatrın nəznində fəaliyyət göstərən aktyor studiyasının üzvləri də epizodik rollara qatılıblar.

Daxili baxışdan sonra keçirilən müzakirədə direktor İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist İzaməddin Bağırov, Fəranə Musayeva, baş rejissorun truppa üzrə köməkçisi Zöhrəli Əliyev çıxış etdilər.

Ümumilikdə bu nağıl-tamaşanın sumqayıtlı uşaqlara maraqlı hədiyyə olacağı bildirildi, həmçinin qüsurlar da dilə gətirildi. Çatışmayan cəhətlərin düzəldilməsi quruluşçu rejissora tövsiyyə olundu.

Xatırladırıq ki, 6 noyabr tarixində tamaşanın premyerası keçiriləcək.


Baxış sayı - 2 280 | Yüklənmə tarixi: 31.10.2015 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031